BMT: Qəzzada 1 milyon insan humanitar yardımdan məhrum olub

“Rəfah və Kerem-Şalom nəzarət-buraxılış məntəqələrinin bağlanması nəticəsində Qəzza sektorundakı 1 milyon insan humanitar yardımdan məhrum olub”.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə Agentliyi məlumat yayıb.

Qurumun təmsilçisi Yens Laerke bildirib ki, əraziyə dərman preparatları belə buraxılmır. Onun sözlərinə görə, agentlik tərəfdaşlarla vəziyyətdən mümkün çıxış yollarını müzakirə edir.