Duma Mişustinin Baş nazir postuna namizədliyini təsdiqləyib - YENİLƏNİB

Dövlət Duması Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təsdiq edib.

***
Rusiyanın Dövlət Duması Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyini müzakirə edir.

APA-nın məlumatına görə, əvvəlcə Dumanın sədri Vyaçeslav Volodin deputatlara onun barədə barədə məlumat verib.

Sədr bildirib ki, indiyədək müxtəlif vəzifələrdə çalışan 58 yaşlı M.Mişustin hökumətə 2020-ci il, yanvarın 15-dən rəhbərlik edir.

İclasda ayrı-ayrı fraksiyaların rəhbərlərinin çıxışı da gözlənilir.

Səsvermədən əvvəl isə bu posta yenidən namizəd olan Mixail Mişustin parlamentarilərin suallarını cavablandıracaq.