Tiflis NATO və AB kursundan imtina edir? - Baş nazir

"Xarici agentlər haqqında" qanun layihəsi ölkənin xarici kursuna - AB və NATO-ya inteqrasiyaya təsir göstərmir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Bir daha aydınlaşdırmaq istərdim ki, dövlətin Gürcüstan Konstitusiyasında təsbit olunmuş aydın kursu var. 2017-ci ildə Gürcü Arzusu müxalifətin dəstəyi olmadan Gürcüstan Konstitusiyasına norma daxil edib, həm Avropa Birliyinə, həm də NATO-ya inteqrasiya hökumətin konstitusiya vəzifəsi kimi müəyyən edilib. Ona görə də təbii ki, bizim siyasi kursumuz, xarici kursumuz aydındır", - baş nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamenti gələn həftə "Xarici agentlər haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul etməyi planlaşdırır.