Qırmızı dənizdə 4 PUA vurulub

ABŞ-ın formalaşdırdığı hərbi koalisiya Qırmızı dənizdə Yəməndəki qiyamçı-husillərin 4 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, PUA-lardan biri mayın 10-da yerli vaxtla saat 20:45-də, digər 3-ü mayın 11-də qırıcı təyyarələrdən atılan raketlərlə vurulub.

PUA-ların Qırmızı dənizdə ticarət gəmiləri və koalisiyanın hərbi gəmiləri üçün təhlükə yaratdığı üçün məhv edildiyi bildirilib.