İrəvanda növbəti etiraz aksiyası başlayıb

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə Baş nazir Nikol Paşinyanın siyasətinə etirazla əlaqədar İrəvanda Respublika meydanında növbəti aksiya başlayıb.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, mitinqə qədər Matenadaran yaxınlığından Respublika meydanına doğru gənclərin yürüşü keçirilib.
Yürüş iştirakçıları meydanda aksiyaya qoşulublar.