BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb

Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı hərbi əməliyyatlarda BMT-nin azı iki əməkdaşı yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.
İsrailin “Kan” radiostansiyasının məlumatına görə, təhlükəsizlik xidmətləri hadisənin baş vermə şəraitini araşdırır.