Putinin Çinə səfər tarixi bilinib

Rusiya Prezidenti Vladimir Putin Çinə gedəcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, 16-17 may tarixlərində reallaşacaq səfər çərçivəsində Kreml rəhbəri Si Cinpinlə danışıqlar aparacaq.

Onun həmçinin paytaxtla yanaşı, Harbin şəhərinə də gedəcəyi, səfərin yekunlarına dair bir sıra sənədlərin imzalanacağı nəzərdə tutulur.