Patruşev Putinin köməkçisi təyin edilib, Peskov vəzifəsini qoruyub

Rusiya Prezidenti Vladimir Putin Nikolay Patruşevi özünə köməkçi təyin edib.
APA-nın xəbərinə görə, bu barədə Kreml məlumat yayıb.
Məlumatda o da bildirilib ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov öz postunu qoruyub.
Qeyd edək ki, Nikolay Patruşev bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi olub.