Moldova və Aİ təhlükəsizlik paktı imzalayacaq

Moldova və Aİ gələn həftə müdafiə, kibertəhdidlər və xarici müdaxilə sahələrində əməkdaşlığı “görünməmiş həddə” artıraraq təhlükəsizlik sazişi imzalamaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, Moldova Aİ ölkələri ilə hərbi təlimlər keçirəcək, kəşfiyyat məlumatları mübadiləsi aparacaq, birgə silah alışlarında iştirak edəcək.

"Bu tədbirlər Moldovanın milli müdafiəsini Qərb tərəfdaşları ilə birləşdirən ən dərin rəsmi addım olacaq", - nəşr vurğulayır.