Gürcüstan parlamentində deputatlar arasında dava düşüb - VİDEO

Gürcüstan parlamentinin plenar sessiyasında hakim partiya ilə müxalifət deputatları arasında dava düşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, gərginlik müxalif Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı baş verib. Müxalifət lideri və hakim partiyanın deputatı Dmitri Samxaradze qarşılıqlı bir-birini təhqir ediblər. Mübahisə daha sonra qarşıdurmaya çevrilib.
Sessiya hazırda davam edir.
Qeyd edək ki, bu gün plenar sessiyada mübahisəli "xarici təsir" qanununun üçüncü və sonuncu oxunuşda səsə qoyulması gözlənilir.