Nazir: Zəngəzur dəhlizi Türkiyə üçün xüsusi önəm kəsb edir

"Zəngəzur dəhlizi Türkiyə üçün xüsusi önəm kəsb edir".
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu NTV kanalına açıqlamasında ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi və İraqla birlikdə inşa ediləcək “İnkişaf Yolu” layihələrinin Türkiyə üçün həm maddi, həm də strateji əhəmiyyəti var.