Gürcüstan parlamenti prezidentin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə qoyduğu vetonu dəf edib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat yayıb.
“84 deputat lehinə, 4 əleyhinə. Qanun qəbul olundu”, - Papuaşvili bildirib.
Onun sözlərinə görə, vetonun dəf olunması üçün parlamentin mümkün səs çoxluğu lazım idi.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin 3-cü oxunuşda qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə veto qoymuşdu.