Volkan Dəmirəl xanımından danışdı
Volkan Dəmirəl xanımından danışdı
08:36 31.05.2024
Şou
612
Boşanacaqlar dedilər
Türkiyənin futbol millisinin sabiq qolkiperi Volkan Dəmirəlin həyat yoldaşı Zeynəblə münasibətlərində problemlər olduğı və cütlüyün boşanacağı xəbərləri tez-tez gündəmə gəlir. Bu günlərdə eyni söz-söhbətlər yenə qızışıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, budəfəki boşanma söz-söhbətlərinə Volkan Dəmirəl həyat yoldaşı ilə fotolarını paylaşmaqla cavab verib. Fotolarda cütlüyün xoşbəxtliyi görünür. V.Dəmirəl 2010-cu ildə ailə qurub. Bir müddət sonra isə cütlüyün boşanacağı iddiaları gündəmə gəlib. Xəbərlərə görə, Zeynəb Dəmirəl boşanmaq üçün məhkəməyə müraciət edib. Amma Volkan Dəmirəl iddiaları yalanlayıb. Sosial media hesabından paylaşım edən millinin sabiq qapıçısı həyat yoldaşıyla birgə keçirdiyi xoş günlərin fotosunu yayımlayıb. Volkan Dəmirəl “bəzən mübahisə edirik. Anlaşa bilmirik. Bunlar bütün ailələrdə yaşanır. Amma boşanma üçün məhkəməyə müraciət etməyimizlə bağlı yayılan xəbərlər yalandır. Bu sözləri yazdığım anda Zeynəblə birlikdə səhər qəhvəsi içirik”, deyə fotolar paylaşıb. Fotoların bir çoxunun Bebek bölgəsindəki istirahət zonasında çəkildiyi bildirilir. Zeynəb Dəmirəl də boşanma iddialarını yalanlayıb: “Mən Volkanla bir yerdə böyümüşəm. Onunla dostluq etməyə başladığımda 19 yaşım vardı. Hamı kimi biz də hansısa məsələdə mübahisə edə bilərik. 2 övladımız var. Bir məsələni dəqiqləşdirmədən məlumat yaymaq doğru deyil. Biz övladlarımızı düşünürük və onlar xoşbəxt böyüsünlər deyə, bir-birimizə güzəştə getməyə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət