Bütün Ukraynada elektrik enerjisi kəsildi

İyunun 2-də bütün Ukraynada elektrik enerjisinin verilişində fövqəladə kəsilmə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Yasno” eketrik şirkətinin direktoru Sergey Kovalenko məlumat verib.

“Bütün ölkə ərazisində elektrik enerjisinin verilişində kəsilmələr başlayıb. Qrafik yoxdur”, - Kovalenko bildirib.

O, sakinləri də diqqətli olmağa çağırıb və problemin aradan qaldırılmasının bir neçə saat çəkəcəyi ilə bağlı xəbərdarlıq edib.