İran yük maşını Ermənistanda kül oldu

İyunun 2-də Zəngəzir bölgəsində İrana məxsus yük maşını alışıb.

Axar.az xəbər verir ki, erməni mediası hadisənin 16:30 radələrində, Mehri rayonu ərazisində baş verdiyini yazıb.

Bildirilir ki, İrana məxsus “Volvo” markalı yük maşınının ön hissəsində başlayan yanğın qısa müddətdə bütün maşına yayılıb və 24 ton armatur yüklü maşın yararsız hala düşüb.