FTX terakt törətmək istəyən casusları yaxaladı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının casus qrupunu aşkarlayıb.
Axar.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidməti Sevastopol şəhərində Rusiya Qara dəniz Donanmasının hərbi qulluqçularına, habelə regionda hərbi, nəqliyyat və enerji infrastrukturu obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün yaradılmış Ukrayna xüsusi xidmət orqanlarının agent qrupunu aşkar edib. Təhlükəsizlik orqanları Zaporojye vilayətində Ukrayna Baş Kəşfiyyat İdarəsinin və Təhlükəsizlik Xidmətinin beş agentini saxlayıb. Partlayıcı qurğular və silahlar agentlər tərəfindən Ukrayna ərazisindən poçt, avtobusla gətirilib və gizli yerlərə yerləşdirilib. Anbarların koordinatları olan fotoşəkillər Ukraynadakı kuratorlara göndərilib, onlar da daha sonra icraçılara konkret təxribat və ya terror aktı həyata keçirmək üçün tapşırıqlar veriblər”, - məlumatda bildirilib.