Xərçəng xəstəsi olan şahzadə: Ket Middltonun vəziyyəti ağırdır

Bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan Böyük Britaniya çahzadəsi  Ket Middltonun vəziyyətinin yaxşı olmadığı iddia edilir. Onun ənənəvi “Trooping the Colour” mərasiminə qatılıb-qatılmayacağı da bilinmir. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hazırda İngiltərə əhalisini şahzadənin sağlıq durumu düşündürür. Ket Middlton xərçəng xəstəsi olduğunu və müalicə aldığını özü açıqlamışdı.  Şahzadənin xəstəliyi haqqında məlumatlar Böyük Britaniya kraliçası II Yelizavetanın vəfatının ardından məlum olub. Eyni zamanda İngiltərənin hazırkı kralı Çarlz da xərçəng xəstəsidir. Xəstəliyi barədə videomesaj paylaşan şahzadə müalicə barədə də Britaniya vətəndaşlarını məlumatlandıraraq “əməliyyat olunduqdan sonra xərçəng xəstəliyi aşkarlandı. Həkimlər mənə qabaqlayıcı kimyaterapiya kursu keçməyi məsləhət gördülər və indi müalicənin ilk mərhələsindəyəm”, söyləmişdi. İndi isə şahzadənin səhhəti barədə şayiələr yayılmağa başlayıb. Onun səhhətinin yaxşı olmadığı deyilir. Kral ailəsini yaxından təqib edən Ledi Colin Campbell şahzadənin səhhətiylə bağlı həyəcanlı xəbərlər verib. Campbell “Ket ağır xəstədir”, söyləyib. Campbell əlavə edib ki, müalicə kursu çox yorucudur: “Şahzadə sağalmaq üçün dincəlməlidir. İşləri bir kənara qoymalıdır. Xəstəlik ona aktiv olmağa imkan vermir”. Cambell şahzadənin ənənəvi “Trooping the Colour” mərasimi zamanı təntənəli keçidi salamlamaq üçün eyvanda  şahzadə Uilyam və övladlarıyla bir yerdə ola biləcəyinə şübhə etdiyini də deyib.