Kreml Putinin Türkiyəyə səfərinin niyə baş tutmamasına aydınlıq gətirib

Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin niyə baş tutmadığına aydınlıq gətirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov münasibətlərdə guya həll olunmayan problemlərə görə Putinin hələ də Türkiyəyə getmədiyi fikrini yanlış adlandırıb.

Bildirib ki, Putinin Türkiyəyə səfəri dövlət başçılarının qrafiki üst-üstə düşmədiyinə görə hələ baş tutmayıb.

Onun sözlərinə görə, bununla belə, təmaslar hazırlanır.

Peskov qeyd edib ki, Rusiya Federasiyası və Türkiyə Qərbin təzyiqindən yan keçməyin yollarını axtarır və mütləq tapacaq.