
Analitik: Baydenin üzrü Ukraynanın itkilərini geri gətirməyəcək
13:58 07.06.2024
Dünya
544
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskidən üzr istəyib.
Parisdə keçirilən görüş zamanı Prezident Co Bayden ilk dəfə olaraq Ukrayna Prezidenti Vladimir Zelenskidən Rusiyanın döyüş meydanında irəliləyişinə imkan verən ABŞ hərbi yardımını aylarla gecikdirdiyinə görə açıq şəkildə üzr istəyib.
Bayden vurğulayıb ki, ABŞ uzun müddət Ukraynanın yanındadır.
“Biz hələ də yanınızdayıq. Tamamilə. Hərtərəfli", - o deyib.
Baydenin Ukraynadan üzrxahlığına münasibət bildirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "Sherg.az"a vurğulayıb ki, Amerikanın Ukraynaya silahları verməyi aylarla gecikdirməsi rəsmi Kiyevə on minlərlər canlı qüvvə itkisi hesabına başa gəlib:

“Ukraynanın canlı qüvvə və savaş meydanında mövqe itkilərini ABŞ Prezidentinin üzürü ilə kompensasiya etmək mümkün deyil. Ukrayna bu müddət ərzində hücum taktikasından müdafiə üsuluna keçib. İndi Ukrayna qalib gəlmə şansı olduğu halda məğlubiyyət təhlükəsiylə üzləşib. Bu itkilər isə strateji sayılır. Əgər Ukrayna yenidən hücum taktikasına keçsə, Amerikanın günahı ucbatından itirdikləri əraziləri geri qaytarmaq üçün canlı qüvvə itkisi vermək məcburiyyətində qalacaq. Amerika Ukraynaya qarşı bundan sonrakı davranışlarında daha səmimi və prinsipial olmalıdır. Yəni Ukrayna ordusunun silah-sursatla təmin edilməsində ləngimələrə yol verməməlidir. Əks halda Ukrayna dövlətinin mövcudluğu təhlükə altında qala bilər. Amerika Prezidentin Ukraynanın yanında olması ilə bağlı verdiyi təminat inandırıcı deyil. ABŞ Prezidentini üzrxahlıq məcburiyyətində qoyan səbəblər göstərir ki, Amerika Ukraynaya münasibətdə yenidən eyni davranışı sərgiləyə bilər. Yəni növbəti Ukraynaya silah-sursatla təminatında ləngimələrin olmamasına heç kim təminat verə bilməz. Kiyevə verilən vədlərin yerinə yetirilməməsi Ukraynada ciddi narazılıqlar yaradıb. Ona görə də Co Bayden üzrxahlıq etməklə qeyri-ciddi davranışların üzərini örtməyə çalışır. Eyni zamanda Baydenin çıxışı Ukrayna cəmiyyətinin Amerikaya münasibətini yenidən müsbətə doğru dəyişmək niyyəti güdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
02:49 23.09.2026
Cəmiyyət
"Yuventus" cərimələndi - Səbəb
02:12 23.09.2026
Futbol
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm