Türkiyədə zəlzələ olub

Türkiyənin Qəhrəmanmaraş şəhərində 4,3 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarəolunması Agentliyi bildirib.

Məlumata görə, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri Göksun rayonunda olub.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.