Hakan Fidan HAMAS Siyasi Bürosunun rəhbəri ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Dohada HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş Türkiyə-Körfəz Əməkdaşlıq Şurası Yüksək Səviyyəli Strateji Dialoqun Xarici İşlər Nazirlərinin 6-cı Toplantısı çərçivəsində baş tutub.