MİT PKK-nın “rəhbər” şəxsini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Keçirilən əməliyyat nəticəsində İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan PKK-nin sözdə məclis üzvü və Cəzirə bölgəsinin cavabdehi "Orhan Bingöl" kod adlı terrorçu Əli Dinçer Qamışlıda məhv edilib.