İranda prezident seçkilərində səsvermə iki saat uzadılıb

İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər – red.) uzadılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.
“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb”, - məmur IRIB telekanalının efirində deyib.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb. Məntəqələr yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.