Dəhşətli hadisə: Balıqçılar dənizdən tapdıqları mayeni içib, 4 nəfər ölüb

Şri-Lankada dörd balıqçı dənizdə tapdıqları butulkadakı naməlum mayeni qəbul etdikdən sonra ölüb, iki balıqçının vəziyyətinin ağır olduğu bildirilir.
Sherg.az xəbər verir ki, dənizçilərin butulkaları adanın cənub sahilindəki Tanqalle şəhərindən təxminən 320 dəniz mili (592 km) aralıda balıq ovu zamanı tapdıqları deyilir.

Şri-Lanka Hərbi Dəniz Qüvvələrindən jurnalistlərə bildirilib ki, balıqçılar şüşəni tərkibində spirt olduğunu düşünərək içiblər.

Şri-Lankanın Balıqçılıq və Su Ehtiyatları Departamentinin baş direktoru bildirib ki, donanma balıqçıları sahilə qaytarmağa çalışır.

Balıqçıların müalicə üçün quruya qayıtmalarına kifayət qədər vaxt olmadığından narahatlıq yarandığı üçün tibbi yardım göstərilib.

Balıqçıların butulkaların bir hissəsini bölgədə fəaliyyət göstərən digər qruplara payladığı öyrənilib.

Olayın, paytaxt Kolombodan təxminən 120 mil (193 km) məsafədə yerləşən sahil qəsəbəsində hələ də sağ olan dənizçilərin quruya qaytarılması tələbi ilə etirazlara səbəb olduğu bildirilir.

Hazırda səlahiyyətlilər butulkaların içindəkiləri araşdırır.