Elxan Şahinoğlu: Mübarizəyə hazıram!

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri COP29 tədbirinə görə 2 ay irəli çəkilib. 

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a parlament seçkilərində mümkün iştirakı haqda bildirib ki, mübarizəyə hazıram:
"Siyasi şərhçilərin, analitiklərin, politoloqların Parlament seçkilərində iştirak etməsi cəmiyyət üçün müsbət haldır. Ona görə bu parlament seçkilərində iştirak etmək istəyirəm. Namizədliyimi irəli sürsəm, öncə Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşərək, onların fikirlərini, təkliflərini öyrənəcəyəm. Şükür ki, illər boyu ən böyük problemimiz olan ərazi bütövlüyümüzü bərpa etmişik. Hesab edirəm ki, bundan sonra əhalinin rifahı, sosial problemlərin həlli üçün çalışmalıyıq".