Ağsuda fermadakı vaqonda kişi meyiti tapıldı: Müəmmalı ölüm

Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb.

APA xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Fərhad Səməd oğlu Mustafayevə məxsus olduğu müəyyən edilib.

Onun ürəktutmadan vəfat etdiyi ehtimal olunur. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.