Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi, “Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai içtirakçılığın artırılmasına dəstək “ layihəsi çərçivəsində Ağstafa rayonunun Qarahəsənli və Pirli kəndinin icma üzvləri arasında təlim keçirdib.
Qazax Regional İnkişaf Resursları İctimai birliyinin sədri Məhərrəm Göyüşoğlunun Sherg.az-a verdiyi məlumata görə,təlimdə əsasən, “İcmaların yaradılması və fəaliyyəti”, “İctimai iştirsakçılığın artırılması, icma üzvlərinin qərarvermə prosesinə cəlb olunması ,” “icma üzvlərinin problem ətrafında təşkilatlanması” mövzularında müzakirələr aparılıb. Bundan başqa, icma üzvləri yaşadıqları icmanın aktual problemləri və onların həlli barədə fikirlər söylədilər.
Təşkilat növbəti təlimləri Tovuz rayonunda da keçirməyi planlaşdırır.