Kiprin müdafiə naziri Ermənistana səfərə hazırlaşır

İyunun 28-də Ermənistan müdafiə naziri Suren Papikyan Kiprin müdafiə naziri Vasilis Palmasla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Kipr arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Həmçinin Kiprin müdafiə nazirinin Ermənistana gözlənilən rəsmi səfəri ilə bağlı gündəlikdəki məsələlər də müzakirə olunub.