Harry Potter rəsmi 1,9 milyon dollara satıldı

“Harry Potter” kitab seriyasının ilk kitabı olan “Fəlsəfə daşı”nın ilk nəşrinin üz qabığı  üçün sulu boya ilə çəkilmiş orijinal rəsm ABŞ-dəki açıq hərracda 1.9 milyon dollara satılıb. 
“Sherg.az” “NTV.com.tr” yə istinadən xəbər verir ki, Hərrac Evindən verilən açıqlamada rəsmin indiyə qədər  satılan ən dəyərli “Harry Potter” məhsulu olduğu ifadə edilib. ABŞ-dəki “Sothebys” Hərrac Evi tərəfindən təşkil olunan açıq hərracda J. K. Rowlingin “Harry Potter” əsərinnin ilk hissəsi “Fəlsəfə daşı”nın nəşrində kitabın üz qabığı üçün çəkilmiş rəsm hərraca çıxarılıb.  Hərrac Evi rəsm əsəsri üçün ilkin qiymət olaraq 400-600 dollar təyin edib. Lakin gözlənilmədən qiymət getdkcə artıb və sonda 1.9 milyon dollaradək yüksəlib. Bu da “Harry Potter” seriyasında ən qiymətli məhsul olub. Hərrac Evinin rəsmi nümayəndəsi Kalika Sands qeyd  edib ki, “Harry Potter” seriyasından ilk kitab 2001-ci ildə 108 dollara satılıb. Ötən illər ərzində “Harry Potter”ə marağın azlamadığını,əksinə artdığını görmək çox xoşdur.