Seçki məntəqələri sentyabr 1-dək tam hazır vəziyyətə gətiriləcək

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki məntəqələri sentyabr 1-dək tam hazır vəziyyətə gətiriləcək.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

"Əsas maraqlarımızdan biri seçki məntəqələrinin səsvermə üçün sentyabr 1-dək tam hazır vəziyyətə gətirilməsi məsələsidir. Bizim məntəqələr çox yüksək səviyyədə hazırlanır”, - deyə MSK sədri vurğulayıb.