“Avro-5” standartlarına keçiddə çox geçikmişik - TƏHLİL

İndiki qiymət bazarın və ölkənin iqtisadi vəziyyətinin mövcud reallıqlarına hesablanıb


Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib. Nazirlər Kabinetinin və Tarif (qiymət) Şurasının qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. 

Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minib. Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə Avro-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq. Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır. Dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli  yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir. Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır. İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb. Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır. Əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib. 
Araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır. Dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraqistehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Aİ-da benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq. Əksər ölkələrdə Aİ-92 markalı benzin istifadə olunmur. Artıq qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan “Avro-5” müasir standartlara uyğun hesab edilir. Ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır. Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Statistika göstərir ki, Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, onların istifadəsinin azaldılması təşviq olunmalıdır.
Qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Yanacağın keyfiyyətinin yüksəldilməsi nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldacaq. Psixoloji təzyiq səbəbindən yanacağın qiymət artımının ilkin vaxtlarda qiymətlərin yüksəlməsinə təkan verəcəyi ehtimalı nəzərə alınaraq, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. Yeni tariflər dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək. Dövlət büdcəsindən asılılıq azalacaq. Abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkili stimullaşacaq. Özəl sektorun bu sahəyə marağın ıartıracaq. Açıqlamalardan belə görünür ki, Aİ-92 markalı benzininin və dizel yanacağının qiymətinin artırılmasında çoxsaylı səbəblərdən biri də  hibrid, elektrik və CNG mühərrikli avtomobillərə keçid prosesini təşviq etməkdir. Orası da doğrudur ki,  Aİ-92 markalı benzinlə işləyən avtomobillərin dövrü keçir. Əksər ölkələr 92 markalı benzin istehsal olunmur və ya satılmır.  Hətta Aİ ərazisində benzin və ya dizel mühərrikli avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən sonra mümkün olmayacaq. Yəni, dəyişən dünya ilə ayaqlaşmaq lazımdır. Amma o da araşdırılmalıdır ki,  ölkəmizdə elektrik mühərrikli avtomobillərin istifadəsi üçün infrastruktur quruculuğu prosesi  tamamlanıbmı? Yaxud, statistik vətəndaşların yeni istehsal olunmuş elektromobillər almaq imkanları hansı səviyyədədir? Ümid edək ki, bu müstəvidə də komleks  tənzimləmələr proqramlar hazırlanır.
İqtisadçı Vuqar Oruc hesab edir ki, bu yerində və düzgün verilmiş qərardır: "Aİ 92 markalı benzinin qiyməti 10%, dizelin qiyməti isə 25% artdığı halda, son vaxtlar avtomobil bazarında istifadəçiləri sürətlə artan Aİ 95 markalı benzin 20 % ucuzlaşıb. Bu qərar avtomobil bazarını yenilənməyə təşviq edir. Elektromobil və hibrid avtomobillərə bu qərardan sonra daha çox istiqamətlənən olacaq ki, bu da atmosfer təmizliyi üçün olduqca vacibdir. Havanı daha çox çirkləndirən dizellə çalışan avtomobillərdən imtinanı da sürətləndirəcək. Çünki Aİ 92 ilə dizelin qiymətində cəmi 10 % fərq var ki, bu da ikinciyə üstünlük vermək üçün artıq ciddi əsas deyil. Bu qərara ayrıca deyil, sabahdan qüvvədə olacaq xidməti taksilərin 15 ildən az istehsal müddəti olması məcburiyyəti ilə birlikdə baxmaq lazımdır. İyulun 1-dən 2010-cu ildən əvvəl istehsal olunan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Belə ki, hər iki qərar avtomobil bazarının, say və tərkibinin  tənzimlənməsi üçün mühüm əhəmiyyətə malikdir".

Neft-qaz məsələləri üzrə mütəxəssis, iqtisadçı İlham Şaban da deyib ki, Avro-2 keyfiyyətdə olan yanacaq Avro-5 ilə təklif edilən yanacaqla eyni qiymətdə ola bilməz: "2015-ci ildən hissə hissə modernləşdirilən H.Əliyev adına NEZ-ə SOCAR N qədər kapital xərcləyib və onun geri qaytarılması məhz neft məhsullarının satışı hesabına baş verməlidir. Və nəhayət… “neftdən bizə heç nə çatmadı” fikrində yaşayan vətəndaşlar bilməlidirlər ki, neftdən yaxşı gəlir gələndə, 1 litr Ai-92 markalı benzini 40 qəpiyə alırdılar. İndiki qiymət bazarın və ölkənin iqtisadi vəziyyətinin mövcud reallıqlarına hesablanıb.

 Ona görə də hazırda dizel (istehsal 2023-cü ilin mayında başlayıb), Ai-92 (2024-cü ilin aprelində) və Ai-95 (indi başlayıb) markalı yanacaqların “Avro-5” standartlarına keçirilməsi Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Avropa İttifaqında dizel yük maşınları üçün “Avro-5” ekoloji standartı hələ 2008-ci ildə, minik avtomobilləri üçün isə 2009-cu ildə tətbiq edilmişdir.  ABŞ-da onun analoqu - MSAT-2 standartıdır. Rusiyada 2014-cü ildən “Avro-4” yanacaq keyfiyyəti standartları, 2016-cı ilin yanvarından isə “Avro-5” standartları tətbiq edilməyə başlanılıb. Azərbaycanda istehsal edilən yanacaq indiyə qədər “Avro-2” tələblərinə cavab verirdi. Qeyd edim ki, Avropada bu standart 1995-ci ildə tətbiq edilməyə başlamışdı. Xəzəryanı 5 ölkə içərisində indiyə qədər ən aşağı keyfiyyət parametrində yanacaq istehsalı Azərbaycanda mövcud olub". 

İsmayıl