• Ərdoğan Şuşaya gəlir - Tarix AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.

Məlumatda qeyd edilib ki, R.T.Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

Daha sonra o, iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılacaq.