Daşkəsəndə leysan yağışdan sonra qaya uçqunu baş verib

Daşkəsəndə leysan yağışdan sonra qaya uçqunu baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, günorta saatlarında yağan leysan nəticəsində Bayan kəndində qaya uçqunu olub, Gəncə-Daşkəsən avtomobil yolunun həmin ərazidən keçən hissəsində nəqliyyat vasitələrinin hərkətində tıxac yaranıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.