Mask seçki debatını şərh etdi: Danışan kuklalar...

ABŞ-da seçki debatları Co Baydeni Demokratlar Partiyasından namizəd kimi əvəzləməyə hazırlıqdır.
Axar.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask X hesabında yazıb.
X istifadəçilərindən biri debatlardan sonra yazıb ki, CNN telekanalının şərhçiləri Baydenə kürəyindən bıçaq saplayır.
“Onlar sadəcə danışan kuklalardır. Bu, dəyişikliyə hazırlıqdır”, - Mask istifadəçiyə cavab verib.