Rusiya bu ölkəyə nota verdi

Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Estoniyadan sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağı tələb olunub:
“Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılan ekshumasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir".