Oskanyan: “Bakı addım atsa, heç kim İrəvanı dəstəkləməyəcək”

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Ermənistan özünə yaxın bildiyi müttəfiqlərinə bir o qədər güvənməməlidir.
 Tribunainfo.az xəbər verir ki, o deyib ki, İrəvan Bakı ilə bağlı məsələdə ciddi düşünməlidir.
Oskanyanın sözlərinə görə, Azərbaycan bəzi proseslərə ciddi hazırlaşır. “Belə davam etsələr, Azərbaycan güc yolu ilə dəhlizi aça bilər”.
Lakin o qeyd edib ki, bu baş verərəsə, Ermənistanın faktiki müttəfiq hesab etdiyi dövlətlərdən heç biri barmağını belə tərpətməyəcək.