Paşinyan: Ermənistan Konstitusiyasının dəyişdirilməsinə ehtiyac var

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu fikirləri o, Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı təbrik məktubunda qeyd edib.