İndoneziyanın  qızıl mədənində torpaq sürüşməsi  olub-17 NƏFƏR ÖLÜB

İndoneziyanın Qorontalo əyalətində yerləşən qızıl mədənində torpaq sürüşməsi nəticəsində azı 17 nəfər həlak olub. Hazırda xilasedicilər torpaq altında qalan insanların axtarışını davam etdirir.
“Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, yerli fövqəladə hallar xidməti hadisə nəticəsində 45 nəfərin torpaq altında qaldığını güman edir. Eyni zamanda, xilasedicilər 50-dən çox insanı xilas etməyə nail olublar.
Ötən həftənin sonlarında güclü yağışlar Sulavesi adasındakı mədəndə də torpaq sürüşməsinə səbəb olmuşdu.Qeyd edək ki, İndoneziyada qeyri-qanuni qızıl hasilatı geniş yayılıb. Burada yoxsul insanlar qiymətli metalı çıxarmaq üçün böyük təhlükələrlə üzləşirlər. Mədənlərdə təhlükəsizlik standartlarının olmaması səbəbindən mütəmadi olaraq ölümlə nəticələnən qəzalar baş verir.