"Taliban" Aşura tədbirlərini xüsusi nəzarətə götürəcək

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" Aşura günü şiələrin matəm tədbirlərini xüsusi nəzarət altına götürəcək.
“Sherg.az" xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bununla bağlı xüsusi təhlükəsizlik tədbirləri görülüb, paytaxt Kabilin bütün rayonlarda gecə-gündüz silahlı patrul xidməti təşkil ediləcək.