16 böcək növü qida üçün təsdiqlənib
11:39 09.07.2024
Dünya
478
Ölkədəki restoranlar öz menyularına 16 həşərat növünün hamısını əlavə edə biləcəklər
Sinqapurda çəyirtkə, kriket və superqurd da daxil olmaqla 16 böcək növünün qida olaraq təsdiqləndiyi bildirilir.
Sherg.az xəbər verir ki, "Channel News Asia" televiziyasının məlumatına görə, Sinqapur Qida Agentliyi (SFA) 16 böcək növünün qida olaraq insan istehlakına icazə verildiyini açıqlayıb.
Ölkədəki restoranlar öz menyularına 16 həşərat növünün hamısını əlavə edə biləcəklər.
Təsdiqlənmiş həşəratlara müxtəlif kriketlər, çəyirtkələr, un qurdları, superqurdlar və ipəkqurdları daxildir.
SFA, bu böcəkləri insan və ya kənd təsərrüfatı heyvanlarının istehlakı üçün idxal etmək istəyənlərin lazımi şərtlərə cavab verməsi lazım olduğuna diqqət çəkərək, 16 böcəkdən başqa idxal ediləcək növlərin istehlak üçün təhlükəsiz olub-olmamasının qiymətləndiriləcəyini vurğulayıb.
Tərkibində həşərat olan qablaşdırılmış qidaları satan şirkətlərdən də qablaşdırmalarını etiketləmələri tələb olunacaq ki, istehlakçılar məhsulu alıb-almamaq barədə məlumatlı qərar verə bilsinlər.
SFA 2022-ci ilin oktyabr ayında 16 böcək növünün istehlakına icazə verilməsinin mümkünlüyü ilə bağlı ictimai məsləhətləşmələrə başlamışdı.
2023-cü ilin aprelində SFA 2023-cü ilin ikinci yarısında bu növlərin istehlakına yaşıl işıq yandıracağını açıqladı, lakin daha sonra tarix 2024-cü ilin birinci yarısına köçürüldü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual