ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik etdi

ABŞ səfirliyi Azərbaycan diplomatlarının peşə bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Axar.az xəbər verir ki, paylaşımda deyilir:

"Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir və xoş arzularımızı çatdırırıq. Biz ABŞ-Azərbaycan əlaqələrini gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik".