
Ermənistanın ABŞ-la birgə hərbi təlimləri planlıdır -AÇIQLAMA
Yusif Nəzərli
04:37 10.07.2024
Dünya
470
İrəvan Rusiyadan sürətlə uzaqlaşmağı hədəfləyir
İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” ("Qartal tərəfdaşlığı" - red) hərbi təlimləri keçiriləcək. Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək. Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, NATO çərçivəsində Ermənistanla hərbi təlimlər planlı şəkildə həyata keçirilir. Analitikin sözlərinə görə, bu münasibətlər qurularkən NATO-nun hədəfləri olub və yalnız Ermənistanla münasibətləri əhatə etmir:
"Eyni təlimlər Gürcüstan və Azərbaycanla da keçirilib. NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Əməliyyat İmkanları Konsepsiyası, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edilir. Eyni zamanda Gürcüstanla çoxtərəfli əməkdaşlıqlar mövcuddur. “Eagle Partner” təlimin əsas məqsədi sülhməramlı missiyanın yerinə yetirilməsi və Ermənistan ordusunun professionallığının yüksəldilməsinə xidmət edir. Belə kiçikhəcmli və daha çox tədris xarakterli təlimlərin regionda hər hansı gərginlik yaratmaq imkanları yoxdur".

V.Əfəndiyev hesab edir ki, Rusiyanın bu təlimdən narahatlığı Ermənistanın sürətlə onun “forpost“ yəni “hərbi istinadgah” rolundan uzaqlaşması ilə bağlıdır:
"Ermənistanın NATO ilə hərbi əməkdaşlığı onu Rusiyadan daha da uzaqlaşdırır. Gələcəkdə Qafqazda davamlı sülhün təmin olunması üçün Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması vacibdir. Eyni zamanda İrəvanın Qərbin Fransa kimi çirkin oyun oynayan dövlətlərindən uzaq durmalıdır. Fransanın Ermənistanı silahlandıraraq müharibəyə və revanşa təhrik etməsi Ermənistan üçün çox təhlükəli və qaranlıq gələcək vəd verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual