Türkiyənin NATO-dakı mövcudluğu xüsusi avantajdır - RƏY
09:16 10.07.2024
Gündəm
371
Türkiyə öz təhlükəsizlik və hərbi siyasətini bir anda dəyişməyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, NATO Türkiyənin gözləntilərini doğrultmur.
O bildirib ki, bu bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir: “Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”.
Qeyd edək ki, Türkiyə NATO-nun 72 illik üzvüdür və soyuq müharibə dövründən bu günə kimi alyansın məsul və aparıcı üzvlərindən biridir.
Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə NATO üçün çox əhəmiyyətli ölkədir:
"Türkiyə NATO-dakı 2-ci böyük orduya sahibidir. Şimali Atlantika Alyansının əsas hərbi potensialı və insan resursu da Türkiyənin hesabına formalaşmaqdadır. Son illər Türkiyənin müdafiə sənayesindəki əldə etdiyi uğurları da nəzərə alsaq Türkiyənin NATO üçün əhəmiyyətlini daha yaxşı anlayarıq. Sadəcə olaraq rəsmi Ankaranın Alyansdan müxtəlif narazılıqları var. MIM-104 Patriot hava hücumundan müdafiə sisteminin Türkiyəyə verilməməsindən sonra narazılıqlar daha da artdı. Hazırda bəzi analitiklər Türkiyənin ayrılaraq sərbəst geopolitik faktor olacağını və yaxud Şərq blokunda birləşəcəyini ehtimal edir. Lakin Türkiyənin NATO-dakı mövcudluğu onun üçün xüsusi avantajlar formalaşdırır. Bu səbəbdən Türkiyə öz təhlükəsizlik və hərbi siyasətini bir anda dəyişməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual