ABŞ-la gizli nüvə danışıqları aparılır - İran

Oman dövlətinin vasitəçiliyi ilə nüvə danışıqlarının bərpası istiqamətində ABŞ-la gizli danışıqlar davam etdirilir.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri əvəzi Əli Bagiri Kani deyib.

“Danışıqlar prosesi davam edir və diqqətdə saxlanılır. Gizli danışıqlar xüsusilə sanksiyaların aradan qaldırılması ilə bağlı aparılır. Müzakirə aparan heyət 14-cü hökumətin rəsmi şəkildə işə başlamasına kimi bu sahədə uğurlar əldə etməyə çalışır”, - Kani bildirib