Ərdoğan: "İraq və Suriyadakı terror təşkilatları tələyə düşüblər"

"Türkiyə yaxın gələcəkdə İraqın şimalında həyata keçirdiyi "Pənçə-Kilit" (Pəncə-Qala) əməliyyatını tamamlayacaq, eləcə də Suriyanın şimalında təhlükəsizlik zolağı ilə bağlı fəaliyyətini yekunlaşdıracaq".

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinin buraxılış mərasimində deyib.

"Terror təşkilatına ciddi zərbələr endiririk. Yaxın vaxtlarda İraqın şimalında "Pənçə-Kilit" əməliyyatı bölgəsində mühasirəni tamamlayacağıq. Suriyada təhlükəsizlik kəmərinin çatışmayan halqalarını da dolduracağıq. İraq və Suriyadakı terror təşkilatları tamamilə tələyə düşüblər" - R.T. Ərdoğan qeyd edib.