Orban imtina etdi, Ukraynaya qarşı çıxdı

Ukrayna NATO-ya qoşulmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri "Blumberq" agentliyi Macarıstanın Baş naziri Viktor Orbana istinadən yazıb.

Agentlik qeyd edib ki, Orban Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə keçirilən plenar iclasda alyansın Ukraynaya hərbi dəstək vədlərinə qoşulmaqdan imtina edib, həm də Ukraynanın ümumiyyətlə NATO-ya qoşulmamalı olduğunu deyib.