Tramp danışdı: İmkan verməməliyik...

İndi biz həmişəkindən daha çox birləşməliyik və şərin qalib gəlməsinə imkan verməməliyik.

Axar.az xəbər verir ki, bunu sui-qəsdə məruz qalan ABŞ prezidentliyinə namizəd Donald Tramp özünün “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.

“Bizim birləşməyimiz, güclü və qətiyyətli qalmaqla və şərin qalib gəlməsinə imkan verməyərək amerikalılar kimi əsl xarakterimizi göstərməyimiz hər zamankından daha çox vacibdir”, - Tramp bildirib.