KİV: Netanyahu iyulun 22-də ABŞ-a səfəri zamanı Baydenlə görüşəcək

İsrailin baş naziri Benyamin Netanyahunun iyulun 22-də Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenlə görüşəcəyi gözlənilir.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Media orqanının İsrail rəsmiləri arasındakı mənbəsinin sözlərinə görə, görüşün Ağ Evdə keçirilməsi planlaşdırılır. “The Times of Israel” yazır ki, Bayden 2022-ci ilin sonunda İsrailin baş naziri postuna qayıtdıqdan sonra ilk dəfə Netanyahunu Vaşinqtonda qəbul edəcək.

Qeyd edək ki, iyunun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailin baş nazirinin iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcəyini təsdiqləyib.