Netanyahu bu tarixdə Baydenlə görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 22-də Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Co Baydenlə görüşəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of Israel” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşün Ağ Evdə keçirilməsi planlaşdırılır.