Türkiyədən İsraillə bağlı dünyaya çağırış...

Beynəlxalq ictimaiyyət Qəzza zolağında atəşkəs məsələsində İsrailə təzyiq göstərməlidir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"İsrailin Qəzzada atışmanı dayandırmaq istəyi yoxdur. Onun HƏMAS-ın atəşkəs təklifindən imtina etməsi çıxılmaz vəziyyət yaradıb. Mən beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıram. Münaqişənin genişlənməsi, Qəzzadakı hər hansı yanlış addım qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər”, - deyə Fidan səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlardan sonra bildirib.